Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu məktəblərdə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb

Bu məktəblərdə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb

Tarix: 30 Sentyabr 2020 17:03

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəblərdə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yoluxma sayı azaldığına görə şagird sayı 200-dən çox olan məktəblərin ibtidai siniflərdə əyani dərs günlərinin sayı həftədə 2 dəfədən 3 dəfəyə keçirilir. Şagird sayı 200-dən çox olan məktəblərdə həftədə 5 dəfə əyani dərs olacaq.

Nazir qeyd edib ki, 5-9 -cu siniflərdə həftədə 3 dəfə olacaq.

E.Əmrullayev qeyd edib ki, 10-11-ci siniflər isə hələ də distant formada olacaq.

Hazıeda 2307 məktəbdə şagird sayı 200-dən azdır. Buna görə də çox məktəbdə ənənəvi dərs formatına qayıdılır.

1 oktaybr tarixindən Bakı, Sumqayıt və Abşeron rayonunda bağçalar fəaliyyətə başlayacaqlar.

Onun sözlərinə görə, baöçaların fəaliyyəti həftədə 5 dəfə olmaqla təşkil ediləcək:"Burada heç bir distant təhsil formasından söhbət gedə bilməz".


Etiketlər:  Bu məktəblərdə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ