Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcü ekspert: "Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi beynəlxalq hüququn tələbidir"

Gürcü ekspert:

Tarix: 30 Sentyabr 2020 17:09

Dünya ictimaiyyəti Azərbaycanı ədalətli müharibəsində birmənalı olaraq dəstəkləməlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə gürcüstanlı ekspert Kaxa Pipiya deyib.

Onun sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra Azərbaycan xalqı onilliklər boyunca Ermənistan tərəfindən tarixi ədalətsizliyə məruz qalır. Erməni təcavüzü nəticəsində bir milyondan çox sakin öz yurdlarından didərgin düşüb və bütün bu müddət ərzində qayıdacağı vaxtı gözləyiblər:

"Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün danışıqlar aparmaq əvəzinə təxribatları dayandırmırdı, dünya ictimaiyyəti isə təəssüf ki, buna göz yumur".

Ekspert əlavə edib ki, bu illər ərzində münaqişə dərinləşməkdə davam edib:

"Bu gün Azərbaycan Silahlı Qüvvələri Azərbaycan torpaqlarını erməni işğalından azad etməyə hazırdır, bunu beynəlxalq hüquq, BMT qətnamələri və tarixi ədalət də tələb edir. Bununla bağlı hesab edirəm ki, dünya ictimaiyyəti Azərbaycanı ədalətli müharibəsində birmənalı olaraq dəstəkləməlidir".

Milli.Az


Etiketlər:  Gürcü ekspert Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi beynəlxalq hüququn tələbidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ