Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 23:18
Araşdırmalara görə, gündəlik qəhvə içmək bağırsaq xərçəngi riskini azaldır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ötən həftə "JAMA Oncology" jurnalında mövzu ilə bağlı araşdırma yayımlandı. Bu araşdırmada irəliləmiş bağırsaq xərçəngi səbəbi ilə kimyaterapi və digər müalicələr planlaşdırılan xəstələrdə, müalicənin başlanğıcında qəhvə içilməsi qeyd edildi.
Gündə 2 və ya 3 stəkan qəhvə içmə vərdişi olanlarda, heç olmayanlara, heç içməyənlərə görə yaşamasının 18 faizdən daha çox olduğu bildirildi.
Gündə 4 stəkan və ya daha çox qəhvə içənlər isə heç içməyənlərlə müqayisədə 36 faiz daha çox yaşayır.
Daha əvvəllər də bağırsaq və südvəzi xərçəngi yaranma riskinin qəhvə içməklə azaldığına dair məlumatlar var idi.
Amma digər tərəfdən artıq miqdarda qəhvə içmək ağciyər xərçəngi riskini artırması ilə bağlı keçən il böyük bir araşdırma da aparılıb. Bununla belə, qovrulma və növündən asılı olaraq, bəzi risklərin artmasına səbəb olması fikri bunu istisna edilmir.