Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyonlarla insan bu xəstəliklərdən əziyyət çəkir

Milyonlarla insan bu xəstəliklərdən əziyyət çəkir

Tarix: 14 Oktyabr 2020 08:42

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada təxminən 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Hər il 3 milyon nəfər alkoqoldan və hər 40 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir.

ÜST-nin hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır.

Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.

Məlumatlara görə, dünyada uşaq və yeniyetmələrin təxminən 20 faizində psixi pozuntular və ya problemlər müşahidə olunur. Psixi problemlərdən biri olan depressiya dünyada əlilliyə səbəbi olan ən başlıca xəstəliklərdən sayılır. Hər il dünyada təxminən 800 min insan intihar edir.


Etiketlər:  Milyonlarla insan xəstəliklərdən əziyyət çəkir


RƏYLƏR