Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 11:00
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb.
Sonxeber.net bildirir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilərin rayon ərazisini top atəşinə tutması nəticəsində ilkin olaraq 4 nəfər mülki şəxs yaralanıb.
Yaralıları çıxarmağa cəhd edər Tərtər Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd ərazi icra nümayəndəsi Zeynalov Ramiz Surxay oğlu və Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd ərazi icra nümayəndəsi Əhmədov Kamran Vəliyəddin oğlu ağır xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.