Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 11:42
Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın "Stalinqrad"ıdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın humanitar atəşkəsə "sadiqliyi" qatı riyakarlıqdır:
"Səhər saatlarında Tərtər güclü artilleriya hücumuna məruz qalır. Şəhər və ətraf kəndlərə 100-dən çox artilleriya raketi atılıb. Altı dinc sakin yaralanıb. Bir dinc sakin həlak olub. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın "Stalinqradıdır"".