Tarix: 2 Iyul 2019 17:24
Peşəkar Futbol Liqası ötən mövsüm həftənin rəmzi komandasına ən çox düşən futbolçuların adlarını açıqlayıb.Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda "Qarabağ"ın 9 futbolçusu yer alıb. Ağdam klubundan Mahir Əmrəli və Abdullah Zubir, "Neftçi"dən isə Səlahət Ağayev hamıdan çox - 10 dəfə ən yaxşı 11-liyə düşüblər.
Donald Gerye, Dani Kintana (hər ikisi "Qarabağ") Ceyms Adeniyi ("Qəbələ") 9, Miçel, Filip Ozobiç, Bədavi Hüseynov (hamısı "Qarabağ") 8, Kiril Petrov ("Neftçi"), Voislav Stankoviç ("Qəbələ"/"Neftçi") 6, Maksim Medvedev və Abbas Hüseynov isə 5 dəfə rəmzi komandaya seçiliblər.