Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 12:15
Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyan və Ermənistanın baş naziri Nikol Paşinyan artıq son günlərini yaşayırlar.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, hər iki şəxs erməni əhalisinə o qədər yalanlar danışıb ki, artıq onların başqa çıxış yolları yoxdur: "Yaxın günlərdə onlar ya harasa qaçacaqlar, ya da ermənilərin özləri bu şəxsləri məhv edəcək. Çox fantaziyalar uydurdular, çox yalanlar danışdılar, Azərbaycan onları ağıllı olmağa dəvət elədi. Amma bunlar şansları dəyərləndirmədilər. İndi Azərbaycan əsgəri onları yaxşıca ağıllandırır. Bunlar ya məzara gedəcək, ya da kiminsə əlində öləcək".
Hərbi ekspert bildirib ki, artıq nə humanitar atəşkəs, nə də digər havadarları erməniləri düşdükləri vəziyyətdən çıxa bilməyəcək: "Dünən Ermənistan məcburiyyət qarşısında qalıb 1 gündə 96 hərbçisinin məhv edildiyini etiraf etdi. Bu o deməkdir ki, onlar atəşkəs adından istifadə edib hücuma keçərək itirdikləri torpaqları geri qaytarmağa cəhd ediblər, Azərbaycan əsgəri isə onları məhv edib. Ermənistanın doğru seçim etməyə şansı var idi. Amma bu terror dövlət doğru seçim etmədi. Buna görə də onlar Azərbaycan Ordusundan ən ağır cəzasını və ən möhtəşəm zərbəsini alacaqlar. Yaxın günlərdə bu zərbələr hamıya məlum olacaq".