Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 12:21
İran tərəfindən ağır artilleriya ilə Azərbaycana hər hansı hücum edilməyib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə İran səfirliyindən məlumat verilib.
Bildirilib ki, bəzi KİV-lərdə İran tərəfindən Azərbaycan ordusunun mövqelərinə atəş açılması ilə əlaqədar xəbərlər həqiqəti əks etdirmir.
İran səfirliyinin məlumatına görə, İranın hərbi dairələri belə xəbərləri təsdiqləmir: "Belə xəbərlər iranlı general Həsən Noi Moqəddəmin "Azərbaycan istədiyi halda, İran silahlı qüvvələri Azərbaycan tərəfində döyüşməyə hazırdır" deməsindən sonra yayılıb".
Səfirlik qeyd edir ki, belə xəbərlər İran İslam Respublikası və Azərbaycan Respublikasının inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmaq məqsədilə yayılır. İran və Azərbaycan dost və qardaş ölkələrdir. Bu dostluq və qardaşlıq əbədi olaraq davam edəcək və heç kim bu münasibətlərə xələl gətirə bilməz.