Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 22:30
Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
H.Hacıyev bildirib: "79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı - xanım Marqosyan Alivina Sarkisovna. Ermənilərin Azərbaycanda dinc yaşamasının başqa bir təzahürü. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqət, sülh və firavanlıq şəraitində yaşayacaq".