Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 00:02
Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - ailə üzvlərinizə danışmağa, fikirlərini bildirməyə imkan yaradın. Ən yüksək maneəni də dəf etmək olar. Bu minvalla mövqelərinizi daha da möhkəmləndirə bilərsiniz.
Buğa - fərdiyyətçilik heç də ən effektiv metod deyil. Mövqelərinizi möhkəmləndirmək istəyirsinizsə, iradəli və qətiyyətli olun. Kənardan yardımlar olmadan, kimdənsə dəstək almadan məqsədə çata bilərsiniz. Bunun sonucu isə yorğunluq, ətrafınızdakı insanların qəzəbi və kəskin sözləri olacaq
Əkizlər - yeni işlərə aktiv şəkildə başlamağa dəyməz. İnanmadığınız insanın yardım təkliflərini qəbul etməyin. Yaxınlarınızla münasibətlərdəki problemlər həll olunmursa və sayı daha da artırsa, təmkinli davranın. Bezdirici münasibətlərə son qoymaq zamanıdır.
Xərçəng - nüfuzlu və hadisələrə təsir imkanına malik insanların olaylara müdaxiləsi yolveriləndir. Yaranmış problemlərin öhdəsindən bu minvalla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin.
Şir - Amma tənqidlə iradlara kəskin ehtiyac yaranarsa, bunun üçün diplomatik ifadələr seçin. Günün ikinci yarısında yeni layihə və ya işə başlamayın, bu prosesi daha əlverişli vaxtadək təxirə salın.
Qız - müsbət təmayüllərin təsiri artacaq. Xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Ən adi sözlər qıcığa, incikliyə səbəb ola bilər. Yorğunluq hiss edəcəksiniz.
Tərəzi - yaxın ətrafınızdakı insanlardan birinin fikirləri sizdə qıcıq yarada bilər. Sakit, soyuqqanlı olun. Mübahisələrdə arqumentləri qulaqardına vurmayın.
Əqrəb - fəaliyyət sahəsini genişləndirmək, yeni sifarişlər almaq istəyirsinizsə, addımlarınızı və qərarlarınızı planlaşdırın. Yeni işə, layihəyə başlamağa dəyməz.
Oxatan - səhhətinizə fikir verin. Daha yaxşı mövqelərə layiq olduğunuzu, sürəkli ədalətsizliklə qarşılaşdığınızı düşünürsünüzsə, radikal addım atmaqdan çəkinməyin. Qətiyyətli olun. Emosiyalarınızı gizlətməyin. Amma başqalarının acığını sevdiklərinizdən çıxmayın.
Oğlaq - qüvvə və imkanlarınızdan bədgümanlıq gördüyünüz işin nəticəsindən narazılıq hissi yarada bilər. Etibar etdiyiniz insanın dəstəyini almağa çalışın. Tərəfdaş və ya şəriklə söhbətdə situasiyanın təfərrüatlarını müzakirə edin.
Dolça - ailədə stabil situasiya peşəkar fəaliyyətinizə müsbət təsir edə bilər. Qarşılıqlı əlaqələr möhkəmlənəcək, hisslər daha stabil olacaq. Axşam saatlarında gəzintiyə yollanmaq mümkündür.
Balıqlar - öhdəliklərinizi fasiləsiz, metodik şəkildə yerinə yetirin. Ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Yaxın ətrafınızdakı insanlarla emosional təmaslarda ola bilərsiniz. Yaxın gələcəyinizin asılı olduğu, bundan sonra sizə dəstək verə biləcək insanlarla aktiv ünsiyyətdə olun.