Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov ilə Məhəmməd Cavad Zərif arasında telefon danışığı bağ tutub

Ceyhun Bayramov ilə Məhəmməd Cavad Zərif arasında telefon danışığı bağ tutub

Tarix: 15 Oktyabr 2020 20:57

2020-ci ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı bağ tutub.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazir Ceyhun Bayramov bölgədəki son vəziyyət ilə bağlı İranlı həmkarını məlumatlandırıb. O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir. Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olmuşdur. Nazir, bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd etdi.

Nazir Ceyhun Bayramov, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğuladyıb.

Nazir Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.


Etiketlər:  Ceyhun Bayramov ilə Məhəmməd Cavad Zərif arasında telefon danışığı bağ tutub


RƏYLƏR