Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan tolerant ölkədir, burada bütün xalqlar sülh şəraitində yaşayırlar - Vladimir Fekete

Azərbaycan tolerant ölkədir, burada bütün xalqlar sülh şəraitində yaşayırlar - Vladimir Fekete

Tarix: 16 Oktyabr 2020 15:51

Azərbaycan tolerant ölkədir, burada bütün xalqlar sülh şəraitində yaşayırlar.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete deyib.

O bildirib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi təqdim etməyə çalışırlar: "Ancaq onlar buna nail olmayacaqlar. Bu müharibə torpaq uğrunda, işğal edilmiş torpaqların azad edilməsi uğrunda gedir".

V.Fekete qeyd edib ki, Azərbaycan şəhərləri ermənilər tərəfindən atəşə tutulur: "Münaqişə zonasından uzaqda yerləşən dinc sakinlər ermənilər tərəfindən atəşə məruz qalır, günahsız uşaqlar, qadınlar, qocalar qətlə yetirilir. Katolik kilsəsi olaraq biz bu məsələlərə biganə qala bilmərik. Ermənilər gəncəyə günahsız insanların üstünə raket atanda biz bundan çox kəndərləndik və bu əməli pisləyən bəyanat yaydıq. Azərbaycan bizim vətənimizdir. Tez bir zamanda ədalətin bərpa olunması, ölkəmizdə sülhün bərqərar edilməsini istəyirik".


Etiketlər:  Azərbaycan tolerant ölkədir burada bütün xalqlar sülh şəraitində yaşayırlar Vladimir Fekete


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ