Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 04:18
04:14
Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 40-a yaxın insan xəsarət alıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasəti dayandırılmalıdır".
03:54
Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 35 nəfər xəsarət alıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
XXX
Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.