Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kosta zədələndi - 6 oyunu buraxacaq

Kosta zədələndi - 6 oyunu buraxacaq

Tarix: 19 Oktyabr 2020 15:00

"Atletiko"nun futbolçusu Dieqo Kosta zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın 5-ci turunda "Selta" ilə matçda (2:0) əzələsindən xəsarət alıb. Onun ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
 
Bununla da Kostanın Çempionlar Liqasının qrup mərhələsində "Bavariya", "Zalsburq" və Moskva "Lokomotiv"i, La Liqada isə "Betis", "Osasuna" və "Kadis"lə oyunları buraxacağı məlum olub.
 
Qeyd edək ki, D.Kosta bu mövsüm La Liqada 4 oyuna çıxıb və 1 qol vurub.

Milli.Az


Etiketlər:  Kosta zədələndi 6 oyunu buraxacaq


RƏYLƏR