Tarix: 3 Iyul 2019 14:40
“Qarabağ” ötən yay komandadan ayrılan İbrahim Şehiçi geri qaytara bilər.Qol.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina mətbuatı məlumat yayıb. “Sportsport.ba” nəşrinin iddiasına görə, “Ərzurumspor”un qapıçısı ilə hazırda “Kasımpaşa” və “Trabzonspor”la yanaşı, Ağdam klubu da yaxından maraqlanır. Ancaq onun hazırkı komandasında qalacağı da istisna olunmur.
“Ərzurumspor”un prezidenti Hüseyn Ünes Türkiyə mətbuatına açıqlamasında 5 legionerin komandanı tərk edəcəyini deyib. Ancaq o, bosniyalı qolkiperi saxlamaq istədiklərini bildirib.
Qeyd edək ki, “Ərzurumspor”la 2020-ci ilin yayına qədər müqaviləsi olan Şehiç 2013-2018 mövsümlərində “Qarabağ”da çıxış edib.