Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır - FOTO

Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır - FOTO

Tarix: 19 Oktyabr 2020 17:15

İsveçrə konfliktin sülh yolu ilə həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin cəhdlərini dəstəkləyir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşündə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Muriel Peneveyr deyib.

M.Peneveyre Gəncədə baş verən hadisələrlə bağlı məyusluğunu ifadə edib.

O, sentyabrın 28-də İsveçrə tərəfinin münaqişəyə öz mövqeyini bildirdiyini, hazırki vəziyyətlə bağlı həlak olan mülki əhaliyə görə narahatçılığını qeyd edərək, hər iki tərəfi gücdən istifadə etməməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Səfir bildirib ki, beynəlxalq hüquq beynəlxalq humanitar hüququ özündə ehtiva edir və müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır.


Etiketlər:  Səfir Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ