Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

A-Qroup-un sığorta mükafatı yenə də artdı

A-Qroup-un sığorta mükafatı yenə də artdı

Tarix: 19 Oktyabr 2020 17:57

Bakı. Trend:

A-Qroup sığorta şirkəti 2020-ci ilin 3-cü rübünün üzrə fəaliyyətinə dair nəticələri açıqlayıb.
Bu ilin doqquz ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 7 596 711,49 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 1 516 826,96 AZN çox olmuşdur və bu da müqayisədə təxminən 25 % artım deməkdir.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 6 289 872,24 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur.

KASKO və ƏMLAK üzrə sığorta haqlarının həcmindəki artım, eyni zamanda, A-Qroup-un sabit müsbət dinamikasını nümayiş etdirir.

2020-ci ilin üçüncü rübünün ərzində A-Qroup-un sığortalıları 6 101 516,28 AZN məbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi Könüllü Tibbi sığortanın payına düşərək 5 670 471,79 AZN təşkil etmişdir.

Orta hesabla, cari ilin 9 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 22 000 AZN-dən çox pul ödənilib.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.


Etiketlər:  Qroup sığorta mükafatı yenə artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ