Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Əfqanıstandakı ABŞ qoşunlarının çıxarılmasından danışdı

Tramp Əfqanıstandakı ABŞ qoşunlarının çıxarılmasından danışdı

Tarix: 20 Oktyabr 2020 07:52

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp yenidən öz ölkəsinin qoşunlarını Əfqanıstandan çıxarmağa söz verdi.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Arizonada keçirilən seçkiqabağı mitinqdə deyib.

D.Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri Əfqanıstan ərazisini tərk etməyə başlayıb: "Yeri gəlmişkən, biz gedirik, hamı gedir, onların hamısı geri qayıdır".

Qeyd edək ki, Donald Tramp ABŞ-ın İraq və Əfqanıstanda hərbi əməliyyatlarının yekunlaşdığını seçkiqabağı kampaniyası zamanı deyib.


Etiketlər:  Tramp Əfqanıstandakı ABŞ qoşunlarının çıxarılmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ