Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 08:48
Bakı. Trend:
Sakit okeanda formalaşan və "Soudel" adı verilən tropik siklon Filippin istiqamətində irəliləyir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Honkonqun meteoroloji rəsədxanasında bildiriblər.
Məlumata əsasən, hazırda tropik qasırğa Manila şəhərindən 370 kilometr şimal-şərqdədir. Proqnozlara əsasən, sutka ərzində tropik qasırğa Filippinin ən böyük adası Luson adasına çatacaq, oktyabrın 21-i isə Cənubi Çin dənizinə daxil olacaq.
Bildirilir ki, həftənin sonuna "Soudel" Vyetnam sahillərində çata bilər.