Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 17:24
“Qarabağ”ın yeni transferi Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə Albaniyadakı ilk oyunu buraxacaq.
Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, braziliyalı sol cinah müdafiəçisi hələ “Neftçi”də çıxış edərkən cəzalı duruma düşüb.
Nurlan İbrahimov
24 yaşlı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində Monteneqronun “Mladost” klubu ilə cavab oyununda (1:1) qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırılmışdı. Cəzasının 2 oyununu çəkən Ailton daha bir avrokubok matçını buraxmalıdır ki, bu da “Qarabağ”ın heyətində “Partizani” ilə ilk görüşə təsadüf edəcək.
Qeyd edək ki, iyulun 10-da keçiriləcək “Partizani” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. “Dalğa Arena”dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.