Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2025 23:18
Saxta həkim olduğu deyilən "Uğur-777" estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb.
Sonxeber.net-ın məlumatına görə, sosial şəbəkələrdə "Dr. Gülü" kimi tanınan Gülbadə Abdullayevanın məlum hadisələrdən sonra indi də "Dost" estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb.
G. Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Qeyd edək ki, həmin xanımın əvvəllər saç ustası olduğu haqda da sosial şəbəkədə iddialar yayılmışdı.
Ətraflı "Xəzər Xəbər"in videomaterialında: