Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 19:08
Bakı. Trend:
ABŞ-da son sutkada 58 mindən çox koronavirusa yoluxma qeydə alınıb.
Trend-in məlumatına görə, ötən gün bu göstərici 48 210 nəfərə bərabər idi.
Son sutkada ölkə ərazisində 58 387 yoluxma qeydə alınıb. Bundan başqa, 445 nəfər həyatını itirib.
Bu günədək ABŞ-da 8,2 milyondan çox şəxs koronavirusa yoluxub. Onlardan 220 134 nəfəri ölüb, 3,2 milyondan çox şəxs sağalıb.