Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 11:14
"Dinamo"nun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu mövsüm Kiyev təmsilçisinin başında "Yuventus"a qarşı oyuna çıxan 75 yaşlı mütəxəssis turnirin tarixinin ən yaşlı baş məşqçisi olub. O, bu göstəricidə "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkesin rekordunu (72 yaş) yeniləyib.
Qeyd edək ki, "Dinamo" - "Yuventus" görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.