Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 11:36
Qərar bizim üçün ağır oldu. Demək olar ki, hər həftə səfərdə oynayacağıq. Meydan seçmək üçün bizdən alternativləri soruşacaqlar, ancaq yekun qərarı UEFA özü verəcək.
Bu sözləri qol.az-a açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel deyib. UEFA-nın Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq "Qarabağ"ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərarına münasibət bildirən klub rəsmisi rəqiblərini Türkiyədə qəbul etmək istədiklərini qeyd edib:
"Biz Türkiyədə oynamaq istəyirik. UEFA-ya da bunu bildirəcəyik. Hər halda bu gün açıqlanmalıdır ki, biz də işimizi bilək. Neytral meydan kimi 3 ölkə təklifi var: Macarıstan, Polşa və Kipr. Ancaq elə futbolçularımız var ki, bu ölkələrdənə bəzisinə getmək üçün vizaları yoxdur və üç gün ərzində bunu həll etmək real görünmür. Ev oyunlarımızın Türkiyədə olması üçün bütün səyləri göstərəcəyik. Ancaq nə dərəcədə alınacaq, bunu deyə bilmərəm. Bu gün qərar açıqlanmalıdır".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda "Vilyarreal"a (İspaniya) qarşı keçirməli idi. Hazırkı qərara əsasən Ağdam klubu "Sivasspor" (Türkiyə) və "Makkabi" (İsrail) ilə ev oyunlarını da neytral meydanda keçirməlidir.