Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ təyyarəsi Floridanı bombaladı - Çaşdı

ABŞ təyyarəsi Floridanı bombaladı - Çaşdı

Tarix: 3 Iyul 2019 19:16

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.

Trend-in məlumatına görə, texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb.

Hazırda həmin bombaların axtarışları aparılır. Sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ təyyarəsi Floridanı bombaladı Çaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ