Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko''nun futbolçusu ''Mançester Siti''də - rəsmi

''Atletiko''nun futbolçusu ''Mançester Siti''də - rəsmi

Tarix: 3 Iyul 2019 19:24

"Atletiko"nun futbolçusu Rodri Hernandes karyerasını "Mançester Siti"də davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, Madrid klubu rəsmi saytı vasitəsi ilə 23 yaşlı yarımmüdafiəçinin İngiltərə təmsilçisinə keçdiyini açıqlayıb. "Mançester Siti"nin futbolçunun müqaviləsində qeyd olunan təzminat qiymətini ödədiyi bildirilib.

İspaniya mətbuatı Rodrinin qiymətinin 70 milyon avro olduğunu yazıb.

Qeyd edək ki, Rodri ötən mövsüm La Liqada 34 matçda 3 qol vurub, 1 qolun ötürməsini verib. Onun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayına qədər idi.

 


Etiketlər:  Atletikonun futbolçusu Mançester Sitidə rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ