Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kevin Medinanın son durumu bəlli oldu

Kevin Medinanın son durumu bəlli oldu

Tarix: 26 Noyabr 2025 19:22

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlamlıq durumuna aydınlıq gəlib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. O, bildirib ki, futbolçu tezliklə matçlara qoşulacaq: "Bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. Komandamız sabah istirahət edəcək. Medinanın birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir".

Qeyd edək ki, ötən gün "Napoli" ilə  qarşılaşmanın 51-ci dəqiqəsində yaxın məsafədən vurulan zərbə kolumbiyalı müdafiəçinin üzünə tuş gəlib.

Nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılıb.


Etiketlər:  Kevin Medinanın durumu bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ