Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2025 16:45
Müğənni Leyla Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl toyunda ona dediyi diqqətçəkən fikirləri ilk dəfə açıqlayıb.
Sonxeber.net xəbər verir ki, Aygün Bəylər onun ailə qurduğu gün gələcəklə bağlı xüsusi sözlər səsləndirib:
"Rəhmətlik Aygün Bəylər toyumda mənə dedi ki, 'Sən evlənirsən, Allah səni xoşbəxt etsin, amma bil ki, sən sənətdən gedəndən sonra sənin gedişin çoxlarına qapı açacaq'. Həqiqətən də belə olub".
Müğənni həmçinin son zamanlar üzləşdiyi hallardan da gileylənib:
"İlkinlə konsertimiz oldu, onu yazan, təbrik edən heç olmadı. Sənət dostlarım belə paylaşmadı. Sənətə qayıdan yerləri dar olur misalı... Qayıtdıqdan sonra çoxlarını qıcıqlandırmağım göz qabağındadır".
Musa