Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 17:15
Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib.
Paşinyan bildirib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır"
Paşinyan digər bir çağrışı ilə dinc əhalini də silahlanaraq döyüşlərə qatılmağa çağırıb.
Görünən odur ki, mövcud reallığı dərk edib qəbul edə bilməyən Ermənistan baş naziri danışıqlar prosesini növbəti dəfə əngəlləmək və dinc erməni əhalisini döyüşlərə qatmaq istəyir.