Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yol təmirə bağlanır - Oradan keçməyin

Bu yol təmirə bağlanır - Oradan keçməyin

Tarix: 6 Oktyabr 2025 17:46

7 oktyabr saat 08:00-dan 9 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.

Bu barədə Sonxeber.net-a Azərbaycan Avtomobil Yolları Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Etiketlər:  təmirə bağlanır Oradan keçməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ