Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 20:48
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Makkabi"nin (Təl-Əviv) koronavirusa yoluxmuş futbolçusu Enrix Saboritin durumuna aydınlıq gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, təxminən bir ay əvvəl koronavirus infeksiyasına yoluxan 28 yaşlı sol cinah müdafiəçisindən götürülən son test nümunələrinin cavabı neqativ çıxıb. Saboritin artıq tamamilə sağaldığı müəyyən olub.
Baş məşqçi Yorqos Donis şans verəcəyi təqdirdə ispaniyalı futbolçu Ağdam təmsilçisinə qarşı oyanacaq.
Qeyd edək ki, sabah Təl-Əvivdə keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.