Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 08:40
Estoniya çemponatında 24-cü turun oyunları keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi "Narva Trans" doğma meydanda "Flora" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 24 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.