Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 00:40
Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Liviyada dərhal atəşin dayandırılması və siyasi dialoqa qayıdılması haqda çağırış edib.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyuzarrik deyib.
Qeyd edək ki, öncə Liviyada olan BMT missiyası bildirib ki, Tacura rayonunda qanunsuz miqrantların saxlanılma mərkəzinə edilən hava zərbəsi nəticəsində 44 nəfər həlak olub, 130 nəfərdən çoxu xəsarət alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin