Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' jurnalisti Fatiyə görə məhkəməyə verir

''Barselona'' jurnalisti Fatiyə görə məhkəməyə verir

Tarix: 22 Oktyabr 2020 16:12

"Barselona"nın futbolçusu Ansu Fati İspaniyada bir jurnalistin irqçi ifadəsinə məruz qalıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Ferentsvaroş"a 5:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub və 1 qolun ötürməsini verən 17 yaşlı hücumçu ilə bağlı ABC qəzetində görüşü şərh edən jurnalist Salvador Sostres bu sözləri yazıb:

"Ansu bir ceyran kimi qaçır. Qrasia küçəsində polisdən qaçarkən su satdığını söyləyən qara uşaqlar kimi qaçır".

"Mundo Deportivo" nəşri yazıb ki, "Barselona" buna görə ABC nəşrini və jurnalisti məhkəməyə verəcək.


Etiketlər:  Barselona jurnalisti Fatiyə görə məhkəməyə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ