Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Siti” Braziliyalı futbolçusunu itirdi

“Mançester Siti” Braziliyalı futbolçusunu itirdi

Tarix: 22 Oktyabr 2020 17:06

Çempionlar Liqasının qrup mərhələsinə "Porto" üzərində qələbə ilə (3:1) başlayan "Mançester Siti" bir futbolçusunu itirib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, "şəhərlilər" braziliyalı yarımmüdafiəçi Fernandinyonun xidmətindən məhrum olub.

Qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olan müdafiəyəmeyilli oyunçu zədələndiyi üçün əlavə edilmiş vaxtda əvəzlənib. Həkim müayinəsindən sonra məlum olub ki, Fernandinyo qarşıdakı ay yarım ərzində komandasına kömək edə bilməyəcək.

35 yaşlı oyunçu ən yaxşı halda qrup mərhələsinin son turunda "Marsel"lə (Fransa) dekabrın 9-na təsadüf edən qarşılaşmada meydana çıxa biləcək.


Etiketlər:  Mançester Siti Braziliyalı futbolçusunu itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ