Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 423 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 423 mindən çox artıb

Tarix: 23 Oktyabr 2020 03:32

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 423 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 423 819 nəfər yeni koronavirusa yoluxub, 6 424 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 41 104 946, ölənlərin isə 1 128 325 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Etiketlər:  ÜST Dünyada koronavirusa yoluxanların sayı 423 mindən çox artıb


RƏYLƏR