Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov

Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov

Tarix: 23 Oktyabr 2020 10:20

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi üçün mümkün olan hər şeyi edir.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bununla belə, o, bildirib ki, tənzimləmənin hansı formul üzrə davam edəcəyi barədə danışmaq tezdir:

“Prezident Putin əmindir ki, Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var – siyasi diplomatik tənzimləmə yolu. Prezident əvvəlki kimi tərəfləri siyasi-diplomatik həll müstəvisinə çıxarmaq üçün əlindən gələni edir. Fikrimcə, indi tənzimləmənin hansısa formulunu proqnozlaşdırmaq düzgün olmazdı”.


Etiketlər:  Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir Peskov


RƏYLƏR