Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb

Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb

Tarix: 23 Oktyabr 2020 11:20

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 73 310 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 474 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 14 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 145 nəfər koronavirusdan ölüb, 21 560 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.


Etiketlər:  Ermənistanda 2 500 ə yaxın gündəlik yoluxma qeydə alınıb


RƏYLƏR