Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 21:00
Ermənistanın bugünkü rəhbərliyinin terrorçu siyasəti, mənasız və təhdid dolu çıxışları, bəyanatları, Ermənistan azad edilmiş əraziləri yenidən geri götürmək cəhdləri, Azərbaycana hücumları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları mənasız edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Ermənistan rejimi bu cür çirkin əməlləri ilə bölgəyə sülhün gətirilməsini imkansız edir:
"Lakin Azərbaycan tərəfi hər zaman sülhün mümkünlüyünü diqqətə çatdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev həm xarici media orqanlarına, həm də xalqa müraciətində hər dəfə qeyd edir ki, Azərbaycan tərəfi hər zaman danışıqlar prosesinə sadiqdir və bunun üçün də bir şərt var ki, erməni vandalları Azərbaycan ərazilərindən çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü təmin edilməlidir.
Ancaq Ermənistan rejiminin təhdid dolu bəyanatları, Azərbaycanın mülki əhalisinə qarşı hücumlarını davam etdirməsi, dinc insanları gecə yarısı atəşə tutması, humanitar atəşkəs rejiminə əməl etməməsi və hucumları davam etdirməsi danışıqlar prosesini pozur və bu məsələnin yalnız hərbi yolla həllinin mümkün olması anlamına gəlir".