Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2025 06:25
Tanınmış müğənni Xatirə İslam canlı efirdəki ifası ilə izləyicilərin diqqətini çəkib.
Sonxeber.net xəbər verir ki, sənətçi televiziya verilişlərinin birində muğam ifa edərək həm tamaşaçıların, həm də sosial media istifadəçilərinin böyük rəğbətini qazanıb.
Xatirə İslamın bu ifası qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və minlərlə bəyənmə toplayıb.
İzləyicilər onun səs tembrini və muğama fərqli yanaşmasını xüsusi olaraq tərifləyiblər.
Qeyd edək ki, Xatirə İslam mərhum Xalq artisti İslam Rzayevdən muğam dərsləri alıb.
Musa