Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 16:28
Bakı. Trend:
ABŞ-ın "Johnson&Johnson" şirkəti koronavirus vaksininin sınaqlarını bərpa edib.
Trend-in məlumatına görə, sınaqların ücüncü mərhələsi prosesdə iştirak edən könüllülərdən birinin ölümü ilə əlaqədar dayandırılmışdı.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs insult nəticəsində ölüb. İnsulta vaksinin səbəb olması barədə məlumatlar təsdiqini tapmayıb.
Vaksin sınaqlarının üçüncü mərhələsi uğurla başa çatdıqdan sonra preparatın 2021-ci ilin əvvəlində hazır olacağı planlaşdırılır.