Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada koronavirusdan daha 68 nəfər ölüb

Moskvada koronavirusdan daha 68 nəfər ölüb

Tarix: 25 Oktyabr 2020 04:32

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 68 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 68 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 6 380 nəfərə çatıb.


Etiketlər:  Moskvada koronavirusdan daha 68 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ