Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2020 07:16
Bakı. Trend:
"Samsung" konsernin sədri Li Qon Hi Seul xəstəxanasında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Yonhap agentliyi bildirib.
Bildirilib ki, Li Qon Hi 2014-cü ildə infarkt keçirəndən sonra ağır xəstə olub. Onun 78 yaşında var idi.
Li Qon Hi 1987-ci ildə Samsung Group-un sədri olub. 2016-cı ildə o Forbes jurnalı tərəfindən Cənubi Koreyanın ən varlı adamı seçildi.