Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəng xəstəsi olan uşaqlara dəstək üçün oturacaqlara 15 min oyuncaq düzüldü - FOTO

Xərçəng xəstəsi olan uşaqlara dəstək üçün oturacaqlara 15 min oyuncaq düzüldü - FOTO

Tarix: 25 Oktyabr 2020 13:56

Hollandiya çempionatının 6-cı turunda ötən gün oynanılan  "Herenven" - "Emmen" matçından (4:0) əvvəl maraqlı hazırlıq görülüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüşün keçirildiyi "Abe Lenstra" stadionunun oturacaqlarına 15 min ədəd oyuncaq ayılar qoyulub. Belə bir addım atmaqda məqsəd isə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək göstərmək olub.

Qeyd edək ki, "Herenven" bu qələbədən sonra xallarının sayını 13-ə çatdıraraq, turnir cədvəlində 3-cü yerə yüksəlib. Sıralamaya aktivində 15 xal olan "Ayaks" başçılıq edir. "Emmen" isə 3 xalla 16-cıdır.

Milli.Az


Etiketlər:  Xərçəng xəstəsi olan uşaqlara dəstək üçün oturacaqlara 15 min oyuncaq düzüldü FOTO


RƏYLƏR