Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2020 15:24
Ermənistan silahlı qüvvələrinin əlində olan raket kompleksi istismar müddətini çoxdan bitirib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib.
O bildirib ki, düşmənin əlində olan "SCAD-B" raketləri 1961-1987-ci illər arasında istehsal olunub: "Nəzərə alsaq ki, bu raketlər Ermənistana ianə edilib, demək həmin raketlər 1961-62-ci il istehsallıdır. Adətən bu tip silahların istismar müddəti maksimum 20 il nəzərdə tutulur. Bu da onu deməyə əsas verir ki, həmin raketlərin istismar vaxtı çoxdan bitib. İstismar vaxtı keçən həmin "SCAD-B" raketləri ilə həm də dəqiq hədəf almaq olmur. Bu raket dəqiq hədəfdən 450 metr yayına bilir. Ona görə də bu silah dəqiq hədəf üçün yararlı deyil. Həmçinin, bu tip raketlərin mərmilərində də yayınmalar daha çox olur. Amma Ermənistan silahlı qüvvələri bu gün bu raketi Azərbaycanın dinc əhalisinə qarşı istifadə etdiyi üçün biz bu silahı ciddi saymalıyıq".
Hərbi ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü terorçu-faşist siyasətinə də münasibət bildirib: "Mən Paşinyanı təkcə faşist Adolf Hitlerlə müqayisə etmək istəməzdim. Onu hərbi cinayət törədən istənilən liderlə müqayisə etmək mümkündür. Paşinyan, həmçinin Hitlerdən də ağır cinayətkar kimi qiymətləndirilməlidir. Ermənilər dünyanın istənilən ölkəsində yerləşdirildikdən sonra orada etnik təmizləmə aparmağa başlayıb. Onlar Dağlıq Qarabağda da etnik təmizləmə əməliyyatları apardılar. Ermənistanda yaşayan 1 milyona yaxın vətəndaşımızı oradan çıxardılar. Onlar eyni əməlləri Gürcüstanın Cavaxetiya bölgəsində də həyata keçirdilər".