Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 13:33
Bakı. Elçin Mehdiyev – Trend:
Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir. Elə təkcə partiyanın Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə deyib.
S.Novruzov qeyd edib ki, Milli Məclisin deputatlarının hərəsi 500 manatdan yardım ediblər: "Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulub. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin