Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2020 23:15
Ürək xəstəlikləri riskini aradan qaldırmaq və vaxtında qarşısını almaq üçün orqanizmdə D vitamini səviyyəsini bilmək lazımdır.
Sonxeber.net xəbər verir ki, italiyalı alimlərin 2007-2013-cü illərdə apardığı klinik sınaqların yarısından çoxunda D vitamini çatışmazlığı ilə hipertoniyanın inkişaf riskinin artması arasında əlaqənin olduğu üzə çıxıb.
Kardioloqlar bildirib ki, D vitamini çatışmazlığı ürək-damar xəstəlikləri üçün əlavə qeyri-klassik risk faktoru hesab olunur, eyni zamanda hipertoniyanın qarşısının alınması və müalicəsində vahid yanaşmanın tərkib hissələrindən biri ola bilər. (publika.az)