Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada koronavirusdan daha 62 nəfər ölüb

Moskvada koronavirusdan daha 62 nəfər ölüb

Tarix: 26 Oktyabr 2020 03:08

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 62 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 62 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı sutka ərzində 1 072 olmaqla 395 816-a, xəstəlikdən ölənlərin sayı isə 6 442-ə yüksəlib.


Etiketlər:  Moskvada koronavirusdan daha nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ