Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 07:44
Bakı. Trend:
Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb.
Trend xəbər verir ki, bu barədə Fransa səhiyyə xidmətlərinin məlumatlarında deyilir.
Ölkədə yeni növ virusa yoluxanların ümumi sayı 1 138 507-yə, ölüm sayı 34 761-ə yüksəldi.Son 24 saat ərzində koronavirus testlərinin təqribən 18 faizi müsbət nəticə göstərdi: 52 010 yeni infeksiya hadisəsi qeydə alındı.
Oktyabr ayında digər Avropa ölkəsi - İspaniya, koronavirusa 1 milyon yoluxma hadisəsi həddini keçib.
Fransız səlahiyyətliləri virusun yayılmasına qarşı fəal mübarizə aparırlar. Xəstəliklə əlaqədar bir sıra şəhər və departamentlərdə komendant saatı tətbiq edilib, ilk qanun pozuntusuna görə 135 avro, ikinci pozuntuya görə 3.7 min avroya qədər cərimə var.